Yaşar Nuri

Aktyor Filmi səsləndirən Musiqi ifaçısı Rejissor Prodüser

Doğum tarixi:

03 sentyabr 1951

Vəfat tarixi:

22 noyabr 2012


Yaşar Məmmədsadıq oğlu Nuri (Yaşar Nuriyev) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1968-1972, Rza Təhmasib və Əliheydər Ələkbərovun kursu). Səhnəyə ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında televiziyada Yelkən verilişinin aparıcılarından olub. Buratino, Qaranquş, Pioner uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib. 1971-ci ildən bir müddət Tədris Teatrında çalışıb. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Xarici film istehsalçılarının “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov / Rusiya) filmində həyət qarovulçusu rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında polis rəisi Şavkat rolunda çəkilib.

“Yaramaz” filmindəki Maşallah roluna görə Dövlət mükafatına layiq görülüb (1991). “Qızıl Dərviş” mükafatları laureatı (1992, 1996), Əməkdar artist (1981), Xalq artisti (1989), “Şöhrət” ordeni ilə təltif edilmiş Yaşar Nuri 2012-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Aktyor Yaşar Nuri aktyor Məmmədsadıq Nuriyevin oğludur.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rollarda