Yalçın Rzazadə
Doğum tarixi:
31 dekabr 1946
Vəfat tarixi:
22 fevral 2021
Yalçın İmran oğlu Rzazadə Lənkəranın Boladı kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsində (1963-1967), Azərbaycan Dövlət Konservatoriyasında (1968-1973) təhsil alıb.
Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor assistenti kimi əmək faəliyyətinə başlayıb. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın “Dan ulduzu” ansamblına dəvət olunub. “Od içində” filmində əsas rollardan birinə çəkilsə də, çoxsaylı qastrol səfərləri, konsertlər filmlərə çəkilməyə imkan vermir. Uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, Vokal və pop musiqi kafedrasının müdiri olub. Karate üzrə 2 dəfə çempion olub.
Əməkdar artist (1979), Xalq artisti (2000) Yalçın Rzazadə 2021-ci ildə vəfat edib.