Vüqar Quliyev (II)
Doğum tarixi:
29 oktyabr 1976
Vüqar Əşrəf oğlu Quliyev Füzuli şəhərində anadan olub.
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizəlik fakültəsində təhsil alıb (1993-1998).
Voleybol üzrə çempionatlarda iştirak edib. 1993-cü ildən karatenin kyokuşinkay növü ilə məşğul olmağa başlayıb. Azərbaycan çempionu (1999), respublika ikincisi (2003) və üçüncüsü (2005) olub. I Dan qara kəmər ustasıdır. 2004-cü ildə Rusiya çempionatının iştirakçısı olub. 2005-ci ildə karatenin tamaşivari növü üzrə keçirilən çempionatda birinci yerə layiq görülüb. Rusiya Kyokuşinkay Federasiyasının Perm şəhəri üzrə nümayəndəsidir və burada fəaliyyət göstərən karate idman klubuna rəhbərlik edir. Kyokuşin Karate Federasiyasının təşkil etdiyi yarışlarda hakim kimi də fəaliyyət göstərir.