Vüqar Əlisoy

Rejissor Ssenari müəllifi Redaktor Baş prodüser Filmi səsləndirən

Doğum tarixi:

25 fevral 1967


Vüqar Əlisoy (Vüqar Həsənov Əli oğlu) Tərtərdə anadan olub.

Rusiyanın Pskov şəhərində Mədəniyyət və İncəsənət Kollecinin Rejissorluq fakültəsində təhsil alıb (1989-1992).

1997-2005-ci illərdə “168 saat” qəzetində müxbir/redaktor, “1001 mahnı” qəzetində baş redaktor, “Vətən uğrunda” qəzetində müxbir, “Əlillər” qəzetində müxbir, “Kooperasiya” qəzetində baş redaktor olaraq çalışıb. İctimai televiziyada redaktor (2005-2006), Azərbaycan televiziyasında redaktor (2006-2011),  Mədəniyyət televiziyasında Müəllif proqramları və xüsusi layihələr baş redaksiyasının baş redaktoru (2011-2019) vəzifələrində işləyib, çoxsaylı verilişlərin redaktoru, rejissoru və layihə rəhbəri olub.

Bunlardan başqa müəllifi, redaktoru, rejissoru, prodüseri və layihə rəhbəri olduğu layihələr Xəzər TV, RTV, Lider TV-də yayımlanıb.

Rus dilindən tərcümələr edir, şeirləri və nəsr əsərləri var.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Arena Redaktor
  • Film Dementia Baş prodüser