Vidadi Paşayev
Doğum tarixi:
05 sentyabr 1943
Vəfat tarixi:
11 aprel 1991
Vidadi Abbas oğlu Paşayev Yardımlıda anadan olub.
Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Moskvada Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
“Qobustan” jurnalında məsul katib, “Gənclik” nəşriyyatında baş redaktor (1970), Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
Bəzi şeirləri, hekayələri “Uzun ayrılığın sonu vüsaldır” kitabında toplanıb. “Aldanmış ulduzlar” operasının librettosonun müəllifidir. Fransız yazıçısı Stendalın “Vanina Vanini” povestini, polyak yazıçı Yanuş Pşimanovski “Dörd tankçı və it” povestini Azərbaycan dilinə tərcümə edib. Mozalan satirik jurnalında qısametrajlı filmlərin ssenari müəllifi (1971-1985) olub.
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs deyib.
Vidadi Paşayev 1991-ci ildə vəfat edib, Gəncədə dəfn olunub.