Veriko Ancaparidze
Doğum tarixi:
06 oktyabr 1900
Vəfat tarixi:
31 yanvar 1987
Veriko İvlianovna Ancaparidze Kutaisidə (Gürcüstan) anadan olub.
S.Aydarovun Moskva dram studiyasında (1916-1917) və Q.Cabadarinin Tiflisdəki studiyalarında (1918-1920) təhsil alıb.
Şota Rustaveli adına Teatrında (1918-1920), K.Mərcanişvilinin rəhbərliyi altında olan Dram Teatrında (1928-1933), Moskva realistik teatrında (1933) çalışıb.
K.Mərcanişvili adına teatrın bədii rəhbəri, Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunun pedaqoqu olub.
1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən Veriko Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilib.
SSRİ Xalq artisti (1950), Gürcüstan Dövlət Mükafatı Laureatı (1975, 1979), Sosialist Əməyi Qəhrəmanı (1979), 3 dəfə SSRİ dövlət mükafatları laureatı (1943, 1946, 1952) Veriko Ancaparidze 1987-ci ildə vəfat edib.