Vaqif Şərifov
Doğum tarixi:
12 avqust 1943
Vəfat tarixi:
05 oktyabr 2021
Vaqif Abdulla oğlu Şərifov Gəncədə anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1967).
1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. Gəncə Dövlət Dram Teatrında rejissor (1967-1974), Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1974-1977), Ağdam Dram Teatrında baş rejissor (1977-1981), Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor (1981-1984), direktor və bədii rəhbər vəzifəsində çalışıb (1984-1998).
“Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2003).
“Tərəqqi” medalı ilə təltif edilib (2013).
Əməkdar incəsənət xadimi (1992), Xalq artisti (2014) Vaqif Şərifov 2021-ci ildə Gəncədə vəfat edib, Gəncə Şəhər Fəxri Xiyabanında dəfn olunub.
Filmoqrafiya
-
Adam ol
2005
tammetrajlı bədii film
Rejissor, Rollarda
-
Acılar bitməz
2009
tammetrajlı bədii film
Rollarda