Vaqif Məmmədov

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

07 avqust 1939

Vəfat tarixi:

15 sentyabr 2015


Vaqif Hümmət oğlu Məmmədov (Vaqif Hümmətoğlu) Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub.

Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb.

1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil”, “Mozalan” kinojurnallarının ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.

Əməkdar mədəniyyət işçisi (2008) Vaqif Məmmədov 2015-ci ildə vəfat edib.


Fotolar