Vaqif İbrahimoğlu
Doğum tarixi:
18 oktyabr 1949
Vəfat tarixi:
12 may 2011
Vaqif İbrahimoğlu (Vaqif Həsənov İbrahim oğlu) Bakının Mərdəkan qəsəbəsində anadan olub.
Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1967-1972).
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1973-1976), Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında (1976-1979) aktyor, Tədris Teatrında (1979-1982) bədii rəhbər, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1982-1989) baş rejissor kimi çalışıb.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb.
1989-cu ildən ömrünün sonuna qədər Yuğ Teatrının bədii rəhbəri və baş rejissoru olub.
2005-ci ildən “Narimanfilm” kinostudiyasının bədii-ekspert şurasının sədri olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəalliyətlə məşğul olub.
Dosent, “Qızıl Dərviş” mükafatı laureatı (1991), Əməkdar incəsənət xadimi (1991) Vaqif İbrahimoğlu 2011-ci ildə vəfat edib, Mərdəkan qəbiristanlığında dəfn olunub.
