Vahid Talıbov

Rejissor Multiplikasiya rəssamı Animasiya rəssamı Rəssam Rejissor assistenti

Doğum tarixi:

18 fevral 1949

Vəfat tarixi:

04 yanvar 2024


Vahid Əbülfəz oğlu Talıbov Bakıda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Rəngkarlıq ixtisasında (1966-1972), Mərkəzi Televiziya yanında “Rəssam-multiplikator” kursunda (1974-1975), Moskvada “Ali rejissorluq kursu”nda (1979-1981) təhsil alıb.

1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fazaçı rəssam və animator, 1983-cü ildən rejissor kimi çalışıb.

1993-cü ildən Türkiyədə yaşayıb. Müxtəlif animasiya layihələrində çalışıb. Rəsm əsərləri müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş olunub. Ankara Yetkinləşmə İnstitutunda (Ankara Olgunlaşma Enstitüsü) animasiya üzrə dərs deyib.

Vahid Talıbov 2024-cü ildə Türkiyədə vəfat edib.