Vaqif Gərayzadə

Bəstəkar Musiqi ifasından istifadə olunub Bəstəsindən istifadə olunub

Doğum tarixi:

27 mart 1961


Vaqif Əzizağa oğlu Gərayzadə Bakıda anadan olub.

4 saylı musiqi məktəbinin fortepiano sinfində alıb (1971-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsində (1983-1987, 1993-1997-aspirantura) təhsil alıb.

Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub.

Bir çox tanınmış mahnıların bəstəkarıdır. Məşhur müğənnilərdən bəziləri onun tələbələri olub. “Aypara”, “W-trio”, “Şeron” musiqi qruplarının yaradıcısı, “Şərq ulduzları” və “Şərq çırağı” vokal qruplarının rəhbəri olub.

Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimidir (2011).