Vaqif Bağırov

Operator Quraşdırılmış səhnələrin operatoru

Doğum tarixi:

02 sentyabr 1949


Vaqif Sadiq oğlu Bağırov Bakıda anadan olub.

1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasının Aşkarlanma sexində qablayıcı vəzifəsinə işə qəbul olunub. Kinooperator sexində mexanik (1970-1975), Quraşdırılmış səhnələr çəkilişi sexində kinooperator assistenti (1975-1985), 3-cü dərəcəli kinooperator (1985-1990), 1-ci dərəcəli quraşdırılmış səhnədə çəkiliş üzrə kinooperator (1990-1994), Quraşdırılmış səhnələrin çəkilişi sexinin rəisi (1994-1998), Çəkiliş texnikası sexinin rəisi (1998-2002), mexanik (2002-2008), Çəkiliş texnikası sexinin rəisi (2008-2013) vəzifələrində çalışıb.

Respublika İncəsənət Gimnaziyasında təsvir rejissoru sənətindən dərs deyib (2000-2006).

Əməkdar mədəniyyət işçisidir (2009).