Vaqif Əliyev

Aktyor

Doğum tarixi:

31 iyul 1940

Vəfat tarixi:

13 avqust 2021


Vaqif Məzahir oğlu Əliyev Bakıda anadan olub.

Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1962-1968).

1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 33 il burada fasiləsiz olaraq aktyor kimi çalışıb. 2000-2021-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb.

İran kinematoqrafçılarının “Arzular” (2005, rejissor Rəhbər Qənbəri) filmində çəkilib.

Əməkdar artist (1990), Xalq artisti (2002) Vaqif Əliyev 2021-ci ildə vəfat edib.