Türkan Hüseyn

Rejissor Ssenari müəllifi Prodüser Operator Montajçı Aktrisa Rejissor assistenti

Doğum tarixi:

02 aprel 1987


Türkan Hüseyn (Türkan Hüseynova Siyasət qızı / Türkan Siyasətqızı) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq ixtisasında (2003-2007), Rüstəm İbrahimbəyovun Kino məktəbində (2022) təhsil alıb.

Bir müddət “Cinema News” jurnalının redaktoru olub. 2007-ci ildən fotoqrafiya ilə məşğul olub. 2020-ci ildə “Çinar Film”i təsis edib. Müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatlar əldə edib. “Papanin” (2021) filmi Bakı Beynəlxalq Qısa Film Festivalında “Ən yaxşı sənədli film” mükafatına, “Sonuncu foto” filminə görə “Qızıl Pəri” peşə mükafatının təşkilat komitəsinin xüsusi diplomuna (2025)  layiq görülüb.