Tural Ağasıyev

Aktyor Musiqi ifaçısı

Doğum tarixi:

25 oktyabr 1981


Tural Aydın oğlu Ağasıyev Bakıda anadan olub.

Respublika İncəsənət Gimnaziyasının ifaçılıq fakültəsinin faqot sinfində (1998), Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində (1999-2003) təhsil alıb.

İş fəaliyyətinə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi başlayıb. 2004-cü ildən həm də Azərbaycan Dövlət Filarmoniyası nəzdində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansanblında çalışır. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solist-vokalçısıdır.

Beynəlxalq müsabiqələrin iştirakçısı olub.

Əməkdar artistdir.