Tükəzban İsmayılova
Doğum tarixi:
21 dekabr 1923
Vəfat tarixi:
24 mart 2008
Tükəzban Məhərrəm qızı İsmayılova Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb (1939-1944).
İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib. Azərbaycan Radio Komitəsinin xor kollektivinin müğənnisi (1946-1949), Azərbaycan Dövlət Filarmoniyasının solisti (1939-1946, 1949-1978), Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978-2008) solisti olub.
İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib (1994–2004).
Repertuarında muğam, təsnif, xalq mahnıları və bəstəkar mahnıları əsas yer tutub.
Əməkdar artist (1967), Xalq artisti (1993), "Şöhrət ordeni" laureatı (1998) Tükəzban İsmayılova 2008-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub