Tofiq Abbasov

Baş redaktor

Doğum tarixi:

24 dekabr 1959


Tofiq Möhsün oğlu Abbasov Tehranda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1977-1982).

Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasında redaktor, şərhçi, baş redaktor, studiya direktoru (1982-1993), Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi (1993–1994), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi (1994–1996), beynəlxalq regional nəşr "Caspian"ın baş redaktoru (1996-2005), "Kaspi" qəzetinin birinci müavini (2005–2006), Lider TV-nin İnformasiya və Siyasi Proqramlar Departamentinin direktoru (2006–2010), "Zerkalo" qəzetinin İnformasiya və analitik nəşrlər şöbəsinin müdiri (2011–2012), "New Baku Post"un qurucusu və baş redaktoru (2012–2015), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş məsləhətçi (2016-2024) vəzifələrində çalışıb.

Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşıb. 500-dən çox məqalənin və analitik araşdırmanın müəllifidir.

Hazırda Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktorudur.

Əməkdar jurnalistdir.

Jurnalist Tofiq Abbasov operator Adil Abbasovun qardaşıdır.