Teymur Hüseynov
Direktor
Doğum tarixi:
25 dekabr 1896
Vəfat tarixi:
13 iyun 1973
Teymur Əli oğlu Hüseynov Bakıda anadan olub.
1913-cü ildən əmək fəaliyyətinə başlayıb, müxtəlif təşkilatlarda işləyib. 1924-cü ildən kino sahəsində çalışmağa başlayıb. “Qırmızı Şərq” kinoteatrının direktoru (1925-1926), Bakı kinostudiyasının direktor müavini (1946), Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi Filmlərin istehsalı şöbəsinin rəisi (1964-1967) işləyib. 1938-ci ildən kinostudiyada film direktoru vəzifəsində fəaliyyətini davam etdirib.
Əməkdar incəsənət xadimi (1965) Teymur Hüseynov 1973-cü ildə vəfat edib.