Tanilə Əhmərova
Aktrisa
Doğum tarixi:
01 iyun 1950
Vəfat tarixi:
04 avqust 2015
Tanilə Aysayevna Əhmərova Bakıda anadan olub. Milliyətcə tatardır.
Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1977).
Filmlərə çəkilməzdən əvvəl dispetçer, mühasib (1967-1972), Şaumyan adına Mədəniyyət Sarayının rəhbəri (1975-1977) kimi müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında filmlərə çəkilib.
Xarici film istehsalçılarının “Portağallar” (1994, Ukrayna) filmində, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində Ceyranın anası rolunda çəkilib.
Əməkdar artist (2007) Tanilə Əhmərova 2015-ci ildə vəfat edib.