Tamilla Dağıstanlı

Geyim rəssamı Rəssam assistenti

Doğum tarixi:

25 noyabr 1939

Vəfat tarixi:

29 dekabr 1999


Tamilla İsmayıl qızı Dağıstanlı Bakıda anadan olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (1960) və Tbilisi Rəssamlıq Akademiyasında (1966) təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Bədii Fondunun İstehsalat-Yaradıcılıq Kombinatında başlayıb. 1972-ci ildə “Azərbaycanfilm” kinostudiyasının animasiya və quraşdırma çəkilişləri sexinə fazaçı-rəssam vəzifəsinə işə qəbul olunub. Həmin il dekorasiya üzrə rəssam assistenti vəzifəsinə keçirilib. 1980-ci ildən 10-a qədər bədii filmin geyim üzrə rəssamı olub.  

Tamilla Dağıstanlı 1999-cu ildə vəfat edib.

Rəssam Tamilla Dağıstanlı aktyor İsmayıl Dağıstanlının qızıdır.