Tahir İmanov

Aktyor Prodüser Ssenari müəllifi Baş prodüser Layihə rəhbəri Rejissor

Doğum tarixi:

13 dekabr 1974


Tahir Qorxmaz oğlu İmanov Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb (1991-1996).

"Parni iz Baku" KVN komandasının üzvü olub (1991-2001). 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olub.

2001-ci ildə "Planet Parni iz Baku" KVN Teatrını yaradıb.

Rusiya istehsalı olan “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov) filminin aktyoru, “Kilimancara” (2018, rejissor Katerina Teleqina) filminin aktyoru və prodüseridir.

Hazırda "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri, rejissoru və aktyoru, “Planeta Parni iz Baku Films”in təsisçisidir.

Əməkdar artistdir (2011).

Aktyor, prodüser, rejissor Tahir İmanov aktyor Cabir İmanovun qardaşıdır.