Tağı Babayev

Səs rejissoru Səs operatoru

Doğum tarixi:

24 may 1949


Tağı Yusif oğlu Babayev Qərbi Azərbaycanda - Zəngəzur mahalının Mehri rayonunda anadan olub.

Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika və radio yayım fakültəsində təhsil alıb (1966-1972).

1967-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında səs texniki, böyük səs texniki (1967-1973), səs sexində nəzarət və ölçü laboratoriyasının mühəndisi, böyük mühəndisi (1973-1974), texniki rəhbər, sex rəisi (1975-1980), səsyazma şöbəsinin rəhbəri (1975-1980), kinostudiya direktorunun texniki məsələlər üzrə müavini (1980-1986), texniki nəzarət şöbəsinin rəisi (1986-1987), səs sexinin təkraryazı sektorunun rəisi (1987-1988), istehsalat şöbəsinin rəhbəri (1988-1991), direktorun istehsalat və maliyyə işləri üzrə müavini (1991-1992), texniki xidmət sahəsinin rəisi, səs sexinin rəisi (1992-2002), baş mühəndis (2002-2021) vəzifələrində çalışıb.

Əməkdar mədəniyyət işçisidir (2007).