Svetlana Həkimova
Aktrisa
Doğum tarixi:
06 yanvar 1940
Svetlana Cəlal qızı Həkimova (Svetlana Hakimova) Sumqayıtda anadan olub.
1959-cu ildən Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış Xalq Teatrında müxtəlif səpkili rollarda çıxış edib.
Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1968-1978), Ağdam Dövlət Dram Teatrında (1978-1990), Füzuli Dövlət Dram Teatrında (1990-1992), yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1992-2011) işləyib.
Onun “Fərhad və Şirin” (Səməd Vurğun) əsərindəki Şirin obrazı Ümumittifaq festivalında “Qızıl medal”a layiq görülüb.
Əməkdar artist (2000), Xalq artistidir (2008).

Filmoqrafiya
Poster
Filmin adı
Filmdə statusu
-
Ağ qan Rollarda