Svetlana Bulax

Aktrisa

Doğum tarixi:

28 may 1950


Svetlana Mixaylovna Bulax Donetsk vilayətində anadan olub.

Kiyev Dövlət Musiqili Komediya Teatrının nəzdindəki teatr studiyasında operetta aktrisası ixtisasında təhsil alıb (1969-1971).

Şevçenko adına Kirovoroj Rus Dövlət Musiqili Dram Teatrında işləyib (1971-1973).

1982-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə gəlib.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə qəbul olunub. Bundan başqa uşaq tamaşalarına rejissorluq edir.

Əməkdar artistdir (2015).