Süleyman Vəliyev

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

21 dekabr 1916

Vəfat tarixi:

07 mart 1996


Süleyman Vəli oğlu Vəliyev Bakının Ramana qəsəbəsində anadan olub.

İkinci dünya müharibəsi illərində döyüşlərdə iştirak edib. Müharibədən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Lökbatanda çıxan “Neft uğrunda” qəzetində jurnalistlik fəaliyyətinə başlayıb. Bir müddət “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində müxbir, “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi, “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri olub.

“Əmanət kassası” adlı ilk hekayəsi “Hücum” jurnalında çap olunub (1932). 30-dan çox kitabın müəllifidir. 

Əməkdar mədəniyyət işçisi (1977), Əməkdar incəsənət xadimi (1987) Süleyman Vəliyev 1996-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.