Süleyman Samuxlu
Rejissor
İkinci rejissor
Rejissor assistenti
Aktyor
Rejissor qrupunun üzvü
Doğum tarixi:
19 oktyabr 1946
Vəfat tarixi:
02 avqust 2004
Süleyman Samuxlu (Süleyman Əhmədov Məmmədəli oğlu) Samux rayonunun Alıkənd kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1971-1976).
Bir müddət Gənc Tamaşaçılar Teatrında işləyib (1972-1974).
1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, ikinci rejissor işləməyə başlayıb.
Süleyman Samuxlu 2004-cü ildə vəfat edib.