Süleyman Ələsgərov (II)
Doğum tarixi:
22 fevral 1924
Vəfat tarixi:
21 yanvar 2000
Süleyman Əyyub oğlu Ələsgərоv Şuşada anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1943-1948).
Respublika Radio Verilişləri Komitəsində Xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), Azərbaycan Dövlət Filarmoniyası Mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Mədəniyyət Nazirliyinin İncəsənət işləri idarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972-2000) vəzifələrində çalışıb.
Yaradıcılığında оperetta janrı əsas yer tutur. Operettaları, оperaları, kantataları, simfoniyaları, simfоnik muğamı, simfоnik pоema və süitaları, tar konsertləri, 200-ə qədər mahnı və romansları və digər əsərləri var.
Əməkdar incəsənət xadimi (1960), Хalq artisti (1974), Üzeyir Hacıbəyоv adına respublika mükafatı (1967), “Şöhrət” ordeni (1999) laureatı Süleyman Ələsgərov 2000-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.