Şövqi Hüseynov
Doğum tarixi:
09 avqust 1972
Şövqi Ərəstun oğlu Hüseynov Cəlilabadda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1989-1994).
Bakı Kamera Teatrında çalışıb (1991-2009). 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2000-ci ildən həm də dublyaj-səsləndirmə işi ilə də məşğuldur.
2018-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
“Qızıl Dərviş” mükafatına (1996), II Eksperimental Tamaşalar Festivalının “Ən yaxşı aktyor” mükafatına (1999), “ilin ən yaxşı gənc aktyoru” mükafatına (2000), Monotamaşalar Festivalının “ən yaxşı aktyor” mükafatına (2002), Beynəlxalq Komediya Festivalının “Ən yaxşı aktyor” (2003, İsfahan / İran) mükafatına, Beynəlxalq “İran Zəmin” Teatr Festivalının “Ən yaxşı aktyor” mükafatına (2004, Əhvaz / İran), “Zirvə” mükafatına (2015), “Stanislavski” medalına (2015 / Kalmıkiya), “Sima” mükafatına (2016) layiq görülüb.
Azərbaycan Respublikasının Əməkdar artisti (2002), Kalmıkiya Respublikasının Əməkdar artistidir (2016).
Aktyor Şövqi Hüseynov aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.

Filmoqrafiya
-
İmtina Rollarda