Şövkət Ələkbərova
Doğum tarixi:
20 oktyabr 1922
Vəfat tarixi:
07 fevral 1993
Şövkət Feyzulla qızı Ələkbərova Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil alıb.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və çıxışı ilə diqqəti cəlb edib. Bu müsabiqə onun peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (1938-1945), 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
Əməkdar artist (1954), Xalq artisti (1959) Şövkət Ələkbərova 1993-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Müğənni Şövkət Ələkbərova rejissor, aktyor Lətif Səfərovun həyat yoldaşı olub.