Sona Aslanova
Aktrisa
Musiqi ifaçısı
Doğum tarixi:
04 oktyabr 1924
Vəfat tarixi:
09 mart 2011
Sona Şahnəzər qızı Aslanova Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1952). İtaliyalı Sofe Qolskayadan dərs alıb.
200-dən çox mahnı ifa edib. Səsini Üzeyir Hacıbəyov “Qəlbləri ovsunlayan səs” adlandırmışdı. Uzun illər Azərbaycan televiziyası, Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub.
Məzun olduqdan etibarən konservatoriyda pedaqoq kimi çalışıb.
Əməkdar artist (1956) Sona Aslanova 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıb. 2011-ci ildə Los Ancelesdə dünyasını dəyişib.