Sofa Bəsirzadə

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

28 fevral 1918

Vəfat tarixi:

04 yanvar 2000


Sofa Bəsir qızı Bəsirzadə (Sofiya Bəsirzadə / Sofiya Vəzirova) Kazan quberniyasının Köhnə Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb.

Məktəbdə ikən dram dərnəyinə üzv olub. Bakı Teatr Məktəbində təhsil alıb (1936-1941). 1936-cı ildən başlayaraq Azərbaycan Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. 1938-ci ildə teatrın aktyor truppasına qəbul edilib. Bu teatrın səhnəsində 100-dən çox obrazı canlandırıb. Ömrünün son illərində Bələdiyyə Teatrında çalışıb.

Əməkdar artist (1955), Xalq artisti (1974) Sofa Bəsirzadə 2000-ci ildə vəfat edib.