Seyid Şuşinski
Doğum tarixi:
12 aprel 1889
Vəfat tarixi:
01 noyabr 1965
Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbraһim oğlu) Şuşa qəzasının (indiki Füzuli rayonunun) Horadiz kəndində anadan olub.
İki il Nəvvabın yanında oxuyub. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub. Mürəkkəb muğam olan “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyub. İctimai-siyasi mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olub. Mübariz ruhlu mahnılar oxuyub. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərib. Mesenat idi, dövrün teatr aktyorlarına kömək edib. Özü də aktyor kimi bir sıra rolları oynayıb. Üzeyir Hacıbəyovun Tiflisdә, Şuşada vә Bakıda tamaşaya qoyulan “Leyli vә Mәcnun” operasında Mәcnun, İbn Sәlam, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında Sәrvәr vә Әsgәr rollarında çıxış edib. “Çahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı olub. Novator sənətkar olaraq bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”). “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə o ifa edib. Fikrət Əmirovun “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi köməyi olub. Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb.
Azərbaycan Dövlət Konservatoriyasında (1926-1933), Bakı Musiqi Mәktәbindә (1943-cü ildən) xanәndәlik uzrә dәrs deyib.
Əməkdar artist (1943), Xalq artisti (1956), Әmәkdar müәllim (1961) Seyid Şuşinski 1965-ci ildə vəfat edib.