Sevda Ağazadə

Ssenari müəllifi Filmi səsləndirən Redaktor

Doğum tarixi:

06 sentyabr 1958


Sevda Ağazadə Bakıda anadan olub.

Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb (1975-1980).

Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutunda mühəndis-proqramçı kimi çalışıb (1980-1985). Azərbaycan televiziyasının diktor müsabiqəsində iştirak edərək radioda işə başlayıb. İki ay radioda çalışdıqdan sonra 1985-ci ildən 2000-ci ilə qədər televiziyada əsas xəbərlərin diktoru olub. “Həyatın bir anı” verilişinin aparıcısı olub, “Telefilm” Yaradıcılıq Birliyində aparıcı redaktor olaraq çalışıb. 2022-ci ildən Televiziyanın Teleradio Akademiyasında “Nitq mədəniyyəti” ixtisasını tədris edir. Teleradio Akademiyasının Himninin və “Kiçik hekayələr” müsabiqəsinin layihələrinin rəhbəridir.

Əməkdar artistdir.