Şərif Şərifov

Operator Rejissor Operator assistenti İkinci operator Quraşdırılmış səhnələrin operatoru

Doğum tarixi:

12 oktyabr 1938

Vəfat tarixi:

26 sentyabr 2007


Şərif İsmayıl oğlu Şərifov (Bala Şərif) Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1964-1970).

1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.

1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasında dərs deyib. “Kino çəkilişi texnikası” (2001), “Televiziya və onun texnologiyası” (2002), “Kinofilm və televiziya proqramlarının istehsalında kompüter texnologiyasının tətbiqi” (2003) adlı dərs vəsaitlərinin müəllifidir.

Bir müddər Türkiyədə müəllim kimi fəaliyyət göstərib.

“Humay” mükafatı laureatı, Əməkdar incəsənət xadimi (2005) Şərif Şərifov 2007-ci ildə vəfat edib.