Şəfəq Əliyeva

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

06 noyabr 1956


Şəfəq Rəsul qızı Əliyeva Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1978).

1976-cı ildən səhnədə fəaliyyət göstərir. “Sən nə üçün yaşayırsan?” tamaşasında Leyla ilk roludur.

1978-ci ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

Dublyaj-səsləndirmə sahəsində də çalışır.

Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib (2016). Əməkdar artistdir (2013).

Aktrisa Şəfəq Əliyeva aktyor, rejissor Rafiq Əliyevin həyat yoldaşıdır.