Sədayə Mustafayeva
Doğum tarixi:
15 iyul 1926
Vəfat tarixi:
13 avqust 2004
Sədayə İsmayıl qızı Mustafayeva Şəkidə anadan olub. İkinci Dünya Müharibəsi illərində İpəkçilik kombinatında işləməyə başlayıb. Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsi ilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. İlk dəfə səhnəyə qədəm qoyanda Sədayənin cəmi 12 yaşı var idi. Ona “Qaçaq Nəbi” (Süleyman Rüstəm) tamaşasında Çimnaz rolu tapşırılmışdı. 1942-ci ildən Şəki teatrında obrazlar yaradıb. Sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirib. 1950-ci ildən Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.
Amerika istehsalı olan “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya) filmində Mənzər xala rolunda çəkilib.
Əməkdar artist (1958), Xalq artisti (1981) Sədayə Mustafayeva 2004-cü ildə Gəncədə vəfat edib.
Aktrisa Sədayə Mustafayeva aktyor Məmməd Bürcəliyevin həyat yoldaşıdır.
Aktrisa Sədayə Mustafayeva teatrşünas Anar Bürcəliyevin anasıdır.

Filmoqrafiya
-
Ad günü Rollarda