Səyavuş Kərimi

Bəstəkar Aktyor Bəstəsindən istifadə olunub Musiqi ifaçısı Aranjman Musiqi redaktoru Məsləhətçi Dirijor Konsertmeyster Musiqi rəhbəri

Doğum tarixi:

09 noyabr 0054


Səyavuş Əşrəf oğlu Kərimi (Siyavuş Kərimi) Bakıda anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfində (1969-1972, Əhsən Dadaşovun sinfi), Azərbaycan Dövlət Konservatoriyasında (1972-1977) təhsil alıb.

1979-cu ildən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb.

Beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında gerçəkləşib.

“Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir.

Azərbaycan Milli Konservatoriyasının rektoru olub (2001-2024). 

Akademik Milli Dram Teatrında səhnələşdirilən “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2003).

“Şöhrət” (2014) və “Şərəf” (2020) ordenləri ilə təltif edilib.

Xalq artistidir (2005).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu