Sərvər Şahbəyli
Doğum tarixi:
15 aprel 1962
Vəfat tarixi:
27 dekabr 2016
Sərvər Şahbəyli Ağsu şəhərində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1984-1988).
3-cü kursda oxuyarkən Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışıb (1988-1989). 1989-cu ildə Dövlət Gənclər Teatrının yaranmasında yaxından iştirak edib. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərib. 1991-ci ildə İstiqlal Teatrının da yaranmasında yaxından iştirak edib, həmin teatrda bir il fəaliyyət göstərib. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərib, Ağsunun “Birlik” qəzetində şeirləri çap olunub. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlayıb. Sözlərinə 200-ə yaxın mahnı yazılıb, “Səni axtara-axtara”, “Hamı gəzir yarısını” onlardan bir neçəsidir. “Bu yol hara gedir belə?” (2006) kitabı çapdan çıxıb. 2014-cü ildə kitabın eyni adlı audio versiyası öz ifası ilə dinləyicilərə təqdim olunub.
Rusiya istehsalı olan “Qurban” (2011) adlı qısametrajlı filmdə baş rolu ifa edib.
Sərvər Şahbəyli 2016-cı ildə Ağsuda vəfat edib, orada dəfn olunub.