Sara Nəzirova

Ssenari müəllifi Redaktor Aktrisa Məsləhətçi İkinci rəssam

Doğum tarixi:

29 dekabr 1944

Vəfat tarixi:

22 iyun 2014


Sara Mollaçı qızı Nəzirova (Sara Oğuz Nəzirova) Oğuz rayonunda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (1961-1965), Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda estetika üzrə aspiranturada (1975) təhsil alıb. Fransanın Lill şəhərində Avropa Beynəlxalq Jurnalist Məktəbində kurs keçib (2002).

Azərbaycan Dövlət İncəsənət Muzeyində müşayiətçi, kiçik elmi işçi, filial müdiri, şöbə müdiri və baş elmi işçi (1966-1988) vəzifələrində, “Azərbaycan” jurnalının nəsr şöbəsində çalışıb. Təsviri incəsənət haqqında məqalələri və nəsr əsərləri qəzet və jurnallarda dərc olunub, kitabları nəşr olunub, pyesləri tamaşaya qoyulub.

Əməkdar incəsənət xadimi (2012) Sara Nəzirova 2014-cü ildə vəfat edib.