Səməd Hətəmov
Doğum tarixi:
17 yanvar 1963
Səməd Hətəmov (Səməd Yusifcanlı) Ağdamın Yusifcanlı kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1984).
Məzun olduqdan sonra bir müddət Ağdam Dövlət Dram Teatrının aktyoru olub. Ağdam rayon Mədəniyyət evində müdir, Ağdam rayon Həmkarlar Təşkilatında təlimatçı, Ağdam Rayon İcra Hakimiyyətində Humanitar şöbədə məsləhətçi vəzifəsində işləyib (1988-1993).
Ağdam rayonunun işğalından sonra İmişli rayonunda məcburi köçkün həyatı yaşayıb (1993-2000). 2000-ci ildən Bakıda yaşayır.
Əsasən dublyaj və səsləndirmə işi ilə məşğuldur.
Lider TV, İTV, Xəzər TV, Space TV ilə dublyaj sahəsində əməkşdalıq edib. 2018-ci ildən Azərbaycan televiziyası və radiosunda çalışır. Radioda “Bulaq” verilişinə aparıcılıq edir.
Ümid Partiyasının sosial və humanitar məsələlər üzrə sədr müavini, “Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədridir (2015-ci ildən).