Şahin Həsənli
Doğum tarixi:
09 iyul 1972
Şahin Seymur oğlu Həsənli (Şahin Həsənov) Bakıda anadan olub.
84 saylı rəssamlıq məktəbində (1987-1990), Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1992-1994) təhsil alıb. Rəssam Toğrul Sadıqzadənin emalatxanasında sənət dərsləri keçib.
1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
Xarici film istehsalçılarının “Dağıdılmış körpülər” (1996, ABŞ, rejissor Rafiq Puya) filminin rəssam assistenti, “Qraf Krestovski” (2004, Rusiya, rejissor Ramiz Fətəliyev) serialının geyim rəssamı, “Arzular” (2005, İran, rejissor Rəhbər Qənbəri) filminin rəssamı, “Anaya aparan yol” (2016, Qazaxıstan, rejissor Akan Satayev) filminin geyim rəssamı, “Günbatan News” (İran) serialının rəssamıdır.
Filmoqrafiya
-
2
2008
qısametrajlı bədii film
Rollarda, Geyim rəssamı
-
Buta (II)
2011
tammetrajlı bədii film
Geyim rəssamı
-
Quyu
2021
qısametrajlı bədii film
Geyim rəssamı
-
Abbas Mirzə Şərifzadə. Sonuncu monoloq
2023
qısametrajlı bədii film
Geyim rəssamı
-
Abbasqulu Ağa Bakıxanov. Zaman içrə qürbət
2023
sənədli film
Geyim rəssamı
-
Qarabağ FK: 30 mövsüm səfərdə
2023
tammetrajlı sənədli film
Rəssam