Səfurə İbrahimova

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

27 dekabr 1938

Vəfat tarixi:

21 dekabr 2020


Səfurə Ağababa qızı İbrahimova Bakıda anadan olub.

Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1960-1964, Rza Təhmasibin kursu).

"Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib (1955–1960). 1961-ci ildən Azərbaycan Dövlət Dram Teatrında işləyib. Səhhətində problemlər yarandığından 2005-ci ildə teatrdan uzaqlaşıb. “İblis” (Hüseyn Cavid) faciəsində oynadığı Rəna roluna görə Azərbaycan Dövlət mükafatına layiq görülüb (1984). 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən dövlət tədbirində ilk bahar qızı olub.

Əməkdar artist (1974), Xalq artisti (2002) Səfurə İbrahimova 2020-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu