Sadıq Elcanlı

Ssenari müəllifi Redaktor Rejissor

Doğum tarixi:

12 yanvar 1956


Sadıq Elcanlı (Sadıq İbrahimov Qurbanqulu oğlu) Dəvəçinin (Şabran) Surra kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1974-1979).

1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində çalışıb. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru (1992-1996), “Ədəbiyyat və publisistika” baş redaksiyasının baş redaktoru (1997), “Ədəbi-dram verilişləri” baş redaksiyasının baş redaktoru (2006) olub.

1977-ci ildən müxtəlif qəzet və jurnallarda bədii, ədəbi tənqidi və publisistik əsərləri çap etdirib, ardıcıl jurnalist fəaliyyəti ilə məşğul olub.

10-a yaxın nəsr, publisistika kitablarının müəllifidir.

Əməkdar jurnalist (1992), Naxçıvan MR Əməkdar incəsənət xadimidir (2009).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abbas Səhhət Ssenari müəllifi, Ssenari müəllifi