Sadıq Hüseynov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

29 dekabr 1924

Vəfat tarixi:

01 iyun 2003


Sadıq Ömər oğlu Hüseynov Kürdəmirin Atakişili kəndində anadan olub.

1974-cü ilə qədər Azərbaycan Dram Teatrında çalışıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının aktyoru olub. 1990-cı illərdə televiziya uşaq verilişində müdrik Savalan baba obrazı ilə məşhur olub.

Xarici film istehsalçılarının “İlk baxışdan sevgi” (1975, rejissor Rezo Esadze / Rusiya, Gürcüstan) filmində, “Çilidə gecə” (1977, rejissorlar Sebastyan Alarkon, Aleksandr Koçarev / Rusiya) filmində Rolando Maçuk rolunda, “Qırmızı almaların zamanı” (1981, rejissor Oleq Nikolayevski / Rusiya) filmində Həsənbəy rolunda, “Təlimatla çevriliş 107” (1982, rejissorlar Zahid Sabitov, Georgi Bzarov / Özbəkistan) filmində tipoqrafiya ustası rolunda, “Yaquar” (1986, rejissor Sebastyan Alarkon / Rusiya) filmində, “Heç nə olmayıb” (1989, rejissor Muhamməd Söyünxanov / Türkmənistan) filmində, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində Kərimov rolunda, “Beş nömrəli kameranın məhbusu” (Türkiyə) filmində çəkilib. 

Əməkdar artist (1974) Sadıq Hüseynov 2003-cü ildə vəfat edib.

Aktyor Sadıq Hüseynov aktyor Arzu Hüseynovun atasıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu