Sadiq Əhmədov

Aktyor

Doğum tarixi:

05 fevral 1960

Vəfat tarixi:

16 dekabr 2022


Sadiq İsa oğlu Əhmədov Şərurda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1978-1982, Mehdi Məmmədovun kursu).

Azərbaycan Dövlət Rus Dram Teatrında (1984-2022), “APOPOS” Teatrında, “İbrus” Teatrında (2000-2012) və “Yuğ” Teatrında çalışıb.

Rusiya film istehsalçılarının “Sövdə” (1985, rejissor Mixail Vedışev, ABŞ gömrük xidmətinin zabiti rolunda) və “Dronqo” (2002, rejissor Zinoviy Royzman, dəstə başçısı rolunda) filmlərində çəkilib.

Sadiq Əhmədov 2022-ci ildə vəfat edib.