Sabir Ələsgərov

Filmi səsləndirən

Doğum tarixi:

27 oktyabr 1936

Vəfat tarixi:

20 noyabr 2020


Sabir Məmməd oğlu Ələsgərov Tbilisdə anadan olub, 6 yaşından Qazaxda nənəsinin yanına böyüyüb.

Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb (1961).

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun (1966–1972) və televiziyanın (1972–1990) baş diktoru olub, televiziyanın diktorlar şöbəsinin müdiri (1990–2006) vəzifəsində çalışıb. Müxtəlif verilişlərin aparıcısı olub.

Əməkdar artist (1990), Xalq artisti (1998) Sabir Ələsgərov 2020-ci ildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu