Ruslan Hüseyn
Rejissor
Rejissor qrupunun üzvü
Rejissor köməkçisi
Aktyor
Rejissor assistenti
Ssenari müəllifi
İcraçı prodüser
Musiqi tərtibatçısı
Doğum tarixi:
25 sentyabr 1982
Ruslan Zakir oğlu Hüseyn (Ruslan Hüseyni / Ruslan Hüseynov) Qazaxıstanda anadan olub.
Bakıda musiqi məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində (2003-2007) təhsil alıb.
Bir müddət T.İsmayılov adına Sarayın “Cücələrim” ansamblının üzvü olub (vokalist).
Nizami muzeyində tərtibatçı-rəssam (2005-2007), AzTV-də dekorçu, rejissor köməkçisi, rejissor kimi çalışıb (1999-2007). 2007-ci ildən İTV-nin rejissorudur.
“Usta Yusifin kamançası” filmi “Ən yaxşı debüt” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).
