Ruslan Ağazadə
Doğum tarixi:
23 may 1987
Ruslan Mirsadıq oğlu Ağazadə Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinooperatorluq ixtisasında təhsil alıb (2003-2007).
Peşəkar fotoqrafiya ilə məşğul olub, 2015-ci ildə “Fərq” adlı üçlük sərgi keçirib, YARAT Müasir İncəsənət Mərkəzinin “Zavod” layihəsində fərdi sərgisi ilə çıxış edib. Gənclər arasında keçirilən “Wallpaper” (Elektron Divar Kağızı) müsabiqəsində 1-ci yerə layiq görülüb (2017). 2011-ci ildən bir çox sənədli, bədii və qısametrajlı filmlərin operatoru olub. Rejissoru olduğu “İnsan” filmi Xorvatiyada keçirilən “Jednominutnih” film festivalında “2.nagrada/award” mükafatına layiq görülüb (2019). “Balaca” filmi ilə “Cəsarətli rejissor işinə görə” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2018). Hazırda operator kimi reklam və klip sahəsində də fəaliyyət göstərir.
Operator Ruslan Ağazadə rejissor Mirsadıq Ağazadənin oğludur.
Operator Ruslan Ağazadə rejissor Orxan Ağazadənin qardaşıdır.