Rüfət Ramazanov
Doğum tarixi:
25 oktyabr 1969
Rüfət Kamal oğlu Ramazanov Bakıda anadan olub.
Bülbül adına orta ixtisas musiqi məktəbində (1977-1986), Asəf Zeynallı adına Bakı Musiqi Kollecində (1986-1990), fakültətiv bəstəkarlıq kursunda (L.Vaynşteynin rəhbərliyi ilə), Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində (1990-1995, X.Mirzəzadənin sinfi) təhsil alıb.
Bakı Musiqi Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub (1997-2018).
Müxtəlif janrlarda yazılmış musiqi əsərlərinin müəllifidir. Əsərləri Azərbaycan, Gürcüstan, Rusiya, İsrail, Norveç, Almaniya və Kanadada səsləndirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Hazırda Bəstəkarlar İttifaqında “simfonik, xor və səhnə musiqisi” seksiyasında komissiya üzvü kimi fəaliyyət göstərir.