Rüfət Kərimzadə

Rejissor Ssenari müəllifi Aktyor Operator Montajçı Prodüser Rejissor assistenti Treyler rejissoru

Rüfət Kərimzadə (Rufat Ray) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq ixtisasında təhsil alıb. ABŞ-ın dövlət dəstəyi ilə USG (IVLP) “Filmmaking in USA” proqramı çərçivəsində film istehsalı üzrə peşəkar praktiki biliyə yiyələnib. Litvada Vilnüs Beynəlxalq Film Festivalı nəzdində MPV Talents Nest Proqramına üzv seçilib.

Montajçı və rejissor olaraq “Buta Film”, “CineX”, Bakı Media Mərkəzi (2013-2017), Cinemazadeh (2019-2020) və Cinealliance (2021-2022) şirkətlərində çalışıb. DDB Azerbaijan, McCann Baku, Baku Media Center, Cinealliance Azerbaijan, Maverick, Creative Shamans, Ağıllı Nağıllar, Peoplebrand, Leo Burnett Azerbaijan kimi agentliklərlə əməkdaşlıq edərək bir çox reklam çarxlarının rejissoru olub.

Hazırda kino və reklam istiqamətində peşəkar fəaliyyətinə ABŞ-da davam edir.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu